Adil Əbdül Mehdinin istefası qəbul edildi

Parlamentdən verilən şərhdə bildirilir ki...

1315542
Adil Əbdül Mehdinin istefası qəbul edildi

 

  İraq Məclisi baş nazir Adil Əbdül Mehdinin istefasını qəbul etdi.

  Parlamentdən verilən şərhdə bildirilir ki, iclasda iştirak edən millət vəkillərinin səsverməsində baş nazirin istefa qərarı qəbul olunub.

  329 nəfərlik məclisdə 241 millət vəkili səsverməyə qatılıb.

  İraq Məclisinin sədri Məhəmməd əl-Halbusi respublika başçısı Berhem Salihə konstitusiyanın 75-ci maddəsinə əsasən yeni baş naziri təyin etməsi üçün məktub göndərəcəklərini bildirib.

  Konstitusiyanın 76-cı maddəsinə görə isə ölkə başçısı yeni bir baş nazirin seçilməsi üçün məclisə 15 gün vaxt verir.

  Baş nazir seçilər və respublika başçısı tərəfindən təsdiqlənərsə, ona yeni hökumətin qurulması tapşırılar. Daha sonra yeni kabinet məclisin səs verməsinə təqdim edilər.

  Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının İraq işğalından sonra ölkənin 5-ci baş naziri olaraq 2018-ci ilin oktyabr ayından vəzifəyə başlayan Adil Əbdül Mehdi 29 noyabrda ölkənin müxtəlif rayonlarında 2 aydır davam edən nümayişlərlə əlaqədar istefasını etmək məcburiyyətində qalmışdı.



Әlaqәli Xәbәrlәr