Suriya Konstitusiya Komitəsinin yığıncaqlarına rejim maneə törətməkdə davam edir

Noyabrın 25-də başlaması planlaşdırılan Suriya Konstitusiya Komitəsindən 45 nəfərdən ibarət yazma heyətin iştirak edəcəyi iclas Bəşər Əsəd rəjimini təmsil edən heyətin barışmaz mövqeyi səbəbindən dördüncü günündə də başlaya bilmədi.

1314455
Suriya Konstitusiya Komitəsinin yığıncaqlarına rejim maneə törətməkdə davam edir

İsveçrədə BMT-nin Cenevre ofisində noyabrın 25-də başlaması planlaşdırılan Suriya Konstitusiya Komitəsindən 45 nəfərdən ibarət heyətin iştirak edəcəyi iclas Bəşər Əsəd rəeimini təmsil edən heyətin barışmaz mövqeyi səbəbindən dördüncü günündə də başlaya bilmədi.

Noyabrın 28-də BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersen və heyətinin 45 nəfərlik yazma qrupunu yenidən bir araya gətirmə cəhdləri rejimin konstitusiya mövzuları ilə əlaqəsi olmayan maddələri gündəmə gətirmə təşəbbüsünə görə yenə nəticəsiz qaldı.

Suriya Konstitusiya Komitəsinin müxalif olan bərabər hüquqlu sədri Hadi əl Bahra “İkinci turun əvvəlindən bəridir Konstitusiya Komitəsinin fəaliyyət sahəsi və səlahiyyətləri daxilində 5 təklif təqdim etdik. Beşi də rejim tərəfindən qəbul edilmədi” ifadələrini işlədib.

Rejim heyətinin qanunlarla bağlı bütün gündəm maddələrinin müzakirəsini rədd etdiyinə diqqət çəkən Bahra yığıncaqların başlaması üçün bütün cəhdlərə baxmayaraq rejimin “Konstitusiya Komitəsinin gündəmi barədə” danışmaq istəmədiyini vurğulayıb.

Komitənin rejimdən olan bərabər hüquqlu sədri Əhməd Kuzbari isə verdiyi açıqlamada müxalifətə və Türkiyəyə istiqamətli ittihamlarını davam etdirib.

Kuzbari yenə sual qəbul etmədən BMT-dən ayrılıb.

Digər tərəfdən rejimi qane edə bilməyən BMT-dən isə hər hansı açıqlama gəlmir.



Әlaqәli Xәbәrlәr