Türkiyə və İran təhlükəsizliklə bağlı birgə iclas keçirdi

Türkiyə ilə İran arasında keçirilən Təhlükəsizlik üzrə Alt Komitələri iclasının 55-cisinə start verildi.

1314214
Türkiyə və İran təhlükəsizliklə bağlı birgə iclas keçirdi

 

  Van valisi Mehmet Emin Bilməz İranın Qərbi Azərbaycan vilayətinin bələdiyyə sədri müavini və Xoy bələdiyyə sədri Məhəmməd Abidi və heyətləri ilə bir araya gəldi.

  Van şəhər meri M.E.Bilməz iclas başlamazdan əvvəl verdiyi açıqlamasında Abidi və onu müşayiət edən nümayəndə heyətinə ev sahibliyi etməyin sevincini yaşadığını keçiriləcək tədbirin iki ölkə və şəhərlər arasında əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Vali Bilməz həmçinin qeyd edib ki, qarşılıqlı danışıqlarla ortaq problemlərimizin daha asan həll ediləcəyinə inanıram.

  İclasda Van ilə İran arasındakı 285 km. sərhəd xəttində hər cür qanunsuz hadisə və qaçaqmalçılığın qarşısının alınması kimi mövzular müzakirə edilib.

  Xoy bələdiyyə sədri Abidi də iki ölkə arasındakı əlaqələrin son zamanlar gücləndiyinə diqqət çəkib və bu münasibətlərin daha irəli pillələrə qalxacağına inandığını vurğulayıb.

  Qeyd edək ki, iki gün davam edəcək iclasa Van Rayon Təhlükəsizlik İdarəsinin müdiri Əli Karabağ, Şəhər Silahlı Qüvvələr Komandanlığının müavini, polkovnik Naci Akkas, 6-cı Sərhəd Briqada Komandanlığı, Başkala, Çaldıran, Özalp və Saray rayonlarının bələdiyyə sədrləri iştirak edir. 



Әlaqәli Xәbәrlәr