Vladimir Putinin Türkiyə səfərinin tarixi açıqlandı

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin Türkiyəyə reallaşdıracağı səfərlə bağlı məlumat verərək bildirib...

1312174
Vladimir Putinin Türkiyə səfərinin tarixi açıqlandı

  Rusiya prezidenti Vladimir Putin 2020-ci il yanvar ayının əvvəlində Türkiyəyə səfər edəcək.

  Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin Türkiyəyə reallaşdıracağı səfərlə bağlı məlumat verərək bildirib:

  “Rusiya prezidenti Vladimir Putinin gözlənilən Türkiyə səfəri 2020-ci il yanvar ayının birinci yarısında olacaq.

  V.Putin Türkiyəyə səfəri zamanı “Türk Axını” təbii qaz boru xəttinin açılış mərasimində iştirak edəcək.

  Türkiyə ilə bağlı səfər qərarı prezident Rəcəb Tayyib Ərdoğanla son telefon danışığı zamanı qəbul olunub.

  Səfərin konkret tarixini yaxınlarda açıqlayacağıq”.



Әlaqәli Xәbәrlәr