İranlılar etiraz bildirir, digər tərəfdən bank və şöbələrinə zərər vururlar

İranda benzin qiymətlərinin artmasına etiraz nümayişlərində 900-dən çox bank, şöbələri və təxminən 3 min ATM zərərə uğrayıb.

1311474
İranlılar etiraz bildirir, digər tərəfdən bank və şöbələrinə zərər vururlar

 

  “Hamshahrionline” xəbər saytında yazılana görə, 15 noyabrdan ölkənin 40-dan çox şəhərində təşkil edilən nümayişlərdə 900-dən çox bank, şöbələri və təxminən 3 min ATM zərər görüb.

  Digər İran mətbuat orqanları da İsfahanda 36, Xürrəm Abadda 40 bank şöbəsinə od vurulduğunu yazır. Ziyanın yüksək olduğu yer paytaxt Tehran olsa da, buradan dəqiq rəqəmlər yazılmayıb. Məşhəd şəhərindəki nümayişlərdə isə bank şöbələrinə zərər yetirilməyib.

  İran Mərkəz Bankının məlumatına əsasən qeyd edək ki, ölkədə ümumilikdə 21 min 319 bank şöbəsi var.

  Amerika Birləşmiş Ştatlarının sanksiyalarının da təsiriylə iqtisadi gərginlik altında yaşamağa məcbur qalan İran xalqı 15 noyabr cümə günündən benzin qiymətlərinin 3 dəfə artırılmasına etiraz bildirmək üçün bir neçə mərkəzi şəhərdə mitinqlərə başlayıb.

  Beynəlxalq Əfv Təşkilatı hadisələr zamanı 115 nəfərin həyatını itirdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr