İranda benzinin qiymətinin artmasına etirazlar

İranda benzinin qiymətinin 300 faiz artırılması ilə 15 noyabrdan başlayan nümayişlər davam edir. 17 noyabrda Tehran Böyük Bazarında satıcılar da dükanlarını açmayınca hökumət paytaxtda nümayiş ehtimalına qarşı qatı təhlükəsizlik tədbirləri görüb.

1307917
İranda benzinin qiymətinin artmasına etirazlar

 

  İranda benzin qiymətlərinin artırılmasına etiraz mitinqləri zamanı təhlükəsizlik xidmətinin bir əməkdaşı həyatını itirib.

  İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) şərhində Kirmanşah Əyaləti Təhlükəsizlik İdarəsinin müdiri Əli Əkbər Cavidan deyib: "Kirmanşah şəhərində 16 noyabr nümayişlərində bir qrup silahlı Elaheye-24 Polis Bölməsini ələ keçirmək üçün hücum edib. Çıxan qarşıdurmada İyrec Cevahiri adlı minbaşı polis məmuru yaralanmışdı. O, xəstəxanaya çatdırılsa da, həyatını itirib”.

  Yəzdin baş prokuroru Məhəmməd Həddadzadə isə Mehr Xəbər Agentliyinə müsahibəsində benzin qiymətlərinin artırılmasına etirazlarda neçə adamın niyə tutulduğunu bu sözlərlə bildirib: “Yəzd şəhərindəki nümayişlərdə camaatın mal-mülkünə zərər verdiyi və təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı bir neçə polisi yaraladıqları üçün 40 nəfər nəzarətə götürülüb”.

  İran Milli Təhlükəsizlik Ali Şurası davam edən nümayişlərlə əlaqədar ölkə daxilində sabit və mobil xəttlərin hamısına internetə daxilolma maneəsi qoyub. Bu xəbər İranlı İşçilər Xəbər Agentliyindən (İLNA) yayılıb.

  Qeyd edək ki, İranda benzinin qiymətinin 300 faiz artırılması ilə 15 noyabrdan başlayan nümayişlər davam edir. 17 noyabrda Tehran Böyük Bazarında satıcılar da dükanlarını açmayınca hökumət paytaxtda nümayiş ehtimalına qarşı qatı təhlükəsizlik tədbirləri görüb.



Әlaqәli Xәbәrlәr