Qəzzada atəşkəs elan edildi

İslami Cihad Hərəkatından yayılan məlumata görə atəşkəs qərarına Misirin vasitəçiliyi nəticəsində gəlindi.

1306235
Qəzzada atəşkəs elan edildi
gazze saldirilar.jpg
gazze ateskes.jpg

Hərəkatın sözçüsü Musab əl-Buraymin məlumatına görə tərəflər arasında qəbul edilən ateşkes qərarı yerli vaxtla bu gün saat 5-də qüvvəyə minib. O qeyd edib ki, atəşkəs İslami Cihad Hərəkatının daha əvvəl tiklif etdiyi şərtlər çərçivəsində elan edildi.

İslami Cihad Hərəkatının baş katibi Ziyad Nahhalə daha əvvəl verdiyi açıqlamada atəşkəsin bərpası üçün əsas şərtlərinin "sui-qəsdlərin dayandırılması, Qəzza sərhədində keçirilən nümayişlərdə iştirak edənlərin hədəfə götürülməmələri və 2018-ci ilin sonunda Misir, Qətər və BMT-nin vasitəçiliyilə blokadanın ləğvinə dair əldə edilən razılaşmanın həyata keçirilməsi olduğunu bildirmişdi.

Digər tərəfdən, İsrail ordusunun işğalı altında olan Qəzza zolağına avia-zərbələri nəticəsində bu günə qədər həyatını itirən fələstinlilərin sayı 32-ə çatıb.

Fələstin Səhiyyə Nazirliyindən yayılan məlumata görə, İsrailin gecə radələrində Deyr əl-Belah şəhərinə hücumları nəticəsində 6 nəfər ölüb, 12 adam yaralanıb.



Әlaqәli Xәbәrlәr