ABŞ ordusu Suriyanın şimal-şərqinə silah-sursat daşıyıb

ABŞ ordusu Suriyada Rakka vilayətinin şimalında terror təşkilatı YPG/PKK-nın silah anbarı kimi istifadə etdiyi Silolar bölgəsindən ölkənin şimal-şərqinə silah-sursat daşıyıb.

1299941

“Anadolu” xəbər agentliyi ABŞ ordusunun Rakkanın şimalında yerləşən Ayn İsa kəndindəki bazasından çıxan konvoyları görüntüləyib.

Ayn İsanın Silalor bölgəsindən hərəkət edən konvoylar M4 şose yolundan istifadə edərək Hasekə vilayəti istiqamətində hərəkət edib.

Təqribən 70 maşından ibarət ABŞ bayrağı daşıyan hərbi konvoyda personal daşıyan zirəhli maşınlar, mina təmizləmə maşınları, yanacaq maddə anbarları, bağlı kassalar və müxtəlif maşınların olduğu TIR-lar görülüb.

“Sülh çeşməsi “ hərəkatı zamanı Suriyanın şimalından çıxan ABŞ ordusu boşaltdığı bəzi bazalara geri qayıdır.

ABŞ ordusu ayrıca hərəkat zamanı Suriyanın şimal-şərqindəki neft bölgəsində dayandırdığı patrul xidmətini də yenidən başladıb.

Әlaqәli Xәbәrlәr