Tod Voltersin "F-35" qırıcıları ilə əlaqədar açıqlaması

ABŞ-ın Avropa Qüvvələri və NATO Müttəfiq Qüvvələr ali komandanı ordu generalı Tod Volters Türkiyə ilə mövcud olan “F-35” böhranı barədə açıqlama verdi.

1281507
Tod Voltersin "F-35" qırıcıları ilə əlaqədar açıqlaması

ABŞ-ın Avropa Qüvvələri və NATO Müttəfiq Qüvvələr ali komandanı ordu generalı Tod Volters Türkiyə ilə mövcud olan “F-35” böhranı barədə açıqlama verdi.

General Volters açıqlamasında deyib:

“NATO-nun baş katibindən də eşitdiyiniz kimi biz ailəyik. Ailədə qardaşlar, ana və atalar arasında ziddiyyətlər olar. Suriyanın şimal-şərqində təhlükəsiz bölgə mövzusunda isə, iki ölkənin “təhlükəsizlik mexanizmi” olaraq qəbul edilən bölgədə indiyədək qurudan və havadan cəmi 9 patrul xidməti göstərildi. Bu patrul xidmətləri xeyli təsirli oldu. Bu fəaliyyətlər təhlükəsizlik mexanizmi sahəsindəki səngərlərin vəziyyətini tədqiq etmə məqsədi daşıyır.

Türkiyənin NATO-da əhəmiyyətli rolü olduğuna diqqət çəkən Volters bunları dilə gətirərək deyib:

“Türkiyəli həmkarlarımızla təlimlərdə bir arada olduğumuz zaman bizə silahdaşları kimi rəftar edirlər. Buna görə də hərbi əlaqələrdəki etimad keçmişdə olduğu kimi xeyli güçlüdür. Həm müdafiə naziri, həm də prezident Tramp tərəfindən, həm NATO komandanı, həm də ABŞ-ın Avropa komandanı olaraq bu güclü əlaqəni davam etdirmək üçün əlimdən gələni yerinə yetirməklə vəzifələndirildim”.

Türkiyənin “F-35” proqramından çıxarılmasının NATO İttifaqı üzərindəki təsirilə bağlı sual qarşısında Volter bu mövzunun iki ölkə əlaqələrindəki kiçik bir ziddiyyət olduğunu bildirərək qeyd edib ki, NATO-nun baş katibindən də eşitdiyiniz kimi biz ailəyik. Ailə üzvləri arasında ziddiyyətlər ola bilər. Hərbi olaraq kiçik ziddiyyətləri yağış kimi təsvir edirəm. Yağış yağar amma yolumuzda getməyə davam edərik.



Әlaqәli Xәbәrlәr