Cavad Zərif Çinə neft satışında imtiyaz verdiklərinə  dair xəbərləri təkzib edib

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Çinə neft satışında imtiyaz verdikləri barədə yayılan məlumatları təkzib edib.

1278896
Cavad Zərif Çinə neft satışında imtiyaz verdiklərinə  dair xəbərləri təkzib edib

Bu barədə İran rəsmi agentliyi İRNA məlumat yayıb.  Agentlik  bildirib   ki,  Cavad Zərif Çinə neft satışında xüsusi imtiyaz veriləməsi ilə  bağlı   xəbərlərin  əsassız  olduğunu qeyd  edib. İran  Xarici  işlər  naziri    vurğulayıb ki,  Çinlə imzalamaq istədiyimiz 25 illik müqavilə İranın təklifi idi. Üzərində çalışılır. Hələ heç bir maddəsi yoxdur ki, bir faydası olsun.

Qeyd edək ki, Britaniya "Petroleum Economist" xəbər saytı İran ilə Çin arasında 2016-cı ildə 25 il müddətinə imzalanan strateji müqavilənin Çinə yuan ilə ucuz və uzunmüddətli neft satışını təmin edən imtiyazlar daşıdığını irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr