Koalisiya qüvvələrinin avia zərbələri nəticəsində 16 nəfər həyatını itirdi

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Ed-Dali şəhərində bir evə təşkil etdiyi avia zərbələr nəticəsində dinç sakindən 16 nəfər həyatını itirib. Bunu Yəməndəki Husilər irəli sürüblər.

1275409
Koalisiya qüvvələrinin avia zərbələri nəticəsində 16 nəfər həyatını itirdi

Husilərin hərbi sözçüsü Yəhya Seri sosial media hesabından yaydığı açıqlamada koalisiya qüvvələrinin səhər radələrində Dalinin Kataba qəsəbəsində Yəmənli Abbas əl-Haliminin evinə avia hücum təşkil etdiyini bildirib. Seri qeyd edib ki, ardıcıl hücumlarda 7-si uşaq və 4-ü qadın olmaqla 16 mülki şəxs həyatını itirib, 1 səhhiyə işçisi yaralanıb. Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı və ya koalisiya qüvvələrindən açıqlama verilməyib.

İranın dəstəklədiyi Husilər 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sana və bəzi bölgələrə nəzarət edərkən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin Mart ayından Husilərə qarşı başlatdığı mübarizə çərçivəsində həyata keçirdiyi avia zərbələr nəticəsində xeyli sayda dinç sakin həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2019-cu ilin iyun ayı hesabatına görə 2016-cı ildən bəri ölkədə 70.000 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr