“Steno Impero” adlı ingilis neft tankeri yaxın zamanda sərbəst buraxılacaq",M.Afifipur

İranın Hörmüzqan Əyaləti dənizçilik və Liman İşləri üzrə baş direktoru Murad Afifipur “Steno Impero” adlı ingilis neft tankerinin yaxın zamanda sərbəst buraxılacağını bildirdi.

1274230
“Steno Impero” adlı ingilis neft tankeri yaxın zamanda sərbəst buraxılacaq",M.Afifipur

İranın Hörmüzqan Əyaləti Dənizçilik və Liman İşləri üzrə baş direktoru Murad Afifipur “Steno Impero” adlı ingilis neft tankerinin yaxın zamanda sərbəst buraxılacağını bildirdi.

Afifipur İran dövlət televiziyasına verdiyi açıqlamada tankerlə əlaqədar sərbəst buraxılma qərarının verilməsindən sonra təqribən 65 gündür İran sahillərində gözlədilən “Stena Impero’nun beynəlxalq sulara üz tutacağını söylədi.

Yanacaq tankerinin İran sahillərini tərk etməsilə əlaqədar məhkəmə prosesinin davam etdiyini vurğulayan Afifipur tankerin  dənizçilik qaydalarını pozması ilə bağlı tədqiqatların davam etdiyini, məhkəmə qərarının da yaxın zamanda elan ediləcəyini bildirdi.

İranın hökümət sözçüsü Əli Rebii də rəsmi Tehran tərəfindən müsadirə edilən yanacaq tankerinin yoluna davam edəbiləcəyini söylədi.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Rebbi təşkil etdiyi mətbuat konfransında "Dənizçilik və Liman İşləri üzrə idarənin açıqladığı kimi neft tankerinin sərbəst qalması üçün hüquq işləri başa çatdı. Dostluq işarəsi olaraq neft tankerinin həyata keçirdiyi pozuntuları gözdən yayındırır və sərbəst qalması üçün lazım olan şərtlər təmin edilir. İdari prosedur da başa çatdı və tanker yoluna davam edə bilər" dedi.

İngiltərəyə bağlı Cəbəllütariq hökuməti 4 iyulda Suriyaya qarşı sanksiyaları pozduğu səbəbilə İran tankerini müsadirə etmişdi.

İranlı səlahiyyətlilər tankerin buraxılmasını, əks təqdirdə qisas alacaqlarını açıqlamışdı.

İran İnqilab Keşikçiləri Qvradiyası 19 iyulda İngiltərəyə məxsus “Steno Impero” adlı yanacaq tankerini Hörmüz boğazından keçdiyi əsnada “dənizçilik qaydalarına əməl etmədiyi” səbəbindən müsadirə etdiyini bildirmişdi.

Cəbəllütariq Ali Məhkəməsi İran tankerini 15 avqsutda sərbəst buraxma qərarına gəlmişdi.



Әlaqәli Xәbәrlәr