BƏƏ-yə məxsus gəmi İran İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıldı

Birləşmiş Ərəb Əmirliklərinə məxsus gəmi İranın Hürmüzqan ostanında yanacaq qaçaqmalçılığı səbəbindən saxlanıldı. Gəmidəki 11 nəfər nəzarətə götürüldü.

1270417
BƏƏ-yə məxsus gəmi İran İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıldı

Birləşmiş Ərəb Əmirliklərinə məxsus gəmi İranın Hürmüzqan ostanında yanacaq qaçaqmalçılığı  səbəbindən saxlanıldı. 
 
 İran mediasının yaydığı xəbərlərə görə, Hürmüzqan ostanı Bəndər Lenge rayonunda 250 min litr qaçaq yanacaq daşıyan gəmi ötən gün İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanılıb.
 
 Gəminin Birləşmiş Ərəb Əmirliklərinə doğru üzərkən Bəsrə körfəzində saxlanıldığı, göyərtəsindəki 11 nəfərin nəzarətə götürülərək məhkəməyə göndərildikləri qeyd olundu.



Әlaqәli Xәbәrlәr