Bakir İzetbeqoviç növbəti dəfə sədr seçildi

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Cövdət Yılmazın da iştirak etdiyi tədbirdə bölgə ölkələrinin siyasi partiya nümayəndələri, səfirlər və digər qonaqlar olub.

1269540
Bakir İzetbeqoviç növbəti dəfə sədr seçildi

  Bosniya və Herseqovinadakı ən böyük boşnak partiyası olan Demokratik Fəaliyyət Partiyasının (SDA) sədrliyinə yenidən Bakir İzetbeqoviç seçilib.

  Müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzetbeqoviçin qurucusu olduğu SDA-nın VII konqresi paytaxt Saraybosnadakı Zetra idman zalında keçirilib.

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Cövdət Yılmazın da iştirak etdiyi tədbirdə bölgə ölkələrinin siyasi partiya nümayəndələri, səfirlər və digər qonaqlar olub. 2015-ci ildən bəri partiyaya sədrlik edən və yeganə namizəd olan Bakir İzetbeqoviç yenidən mənsub olduğu Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri seçilib.

  İkinci dəfə partiya sədri seçilən B.İzetbeqoviç növbəti seçkilərədək - dörd il bu vəzifəni icra edəcək.



Әlaqәli Xәbәrlәr