İran Binyamin Netanyahunun İordaniya vadisi ilә bağlı açıqlamasına reaksiya göstәrib

İranın Xarici İşlәr Nazirliyi İsrailin baş naziri Binyamin Netanyahunun işğal altındakı İordan çayının qәrb sahilindә yerlәşәn İordaniya vadisi ilә bağlı açıqlamasına reaksiya göstәrib.

1268020

İran Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Abbas Musәvi verdiyi yazılı açıqlamada Binyamin Netanyahunun sentyabrın 17-dә keçirilәcәk seçkilәrdә qәlәbә qazanacağı tәqdirdә İordaniya vadisini ilhaq edәcәklәri ilә bağlı açıqlamasını qiymәtlәndirib.

İranın Binyamin Netanyahunun verdiyi açıqlamanı pislәdiyini bildirәn Abbas Musәvi bәzi Әdәb dövlәtlәrini Netanyahu ilә müttәfiq olmaqda günahlandırdı  vә bu siyasәtini hәyata keçirmәk üçün İsrailә imkan verdiyini söylәyib.

İran Xarici İşlәr Nazirliyinin mәtbuat katibi İslam Әmәkdaşlıq Tәşkilatının sentyabrın 15-dә mümkün növbәdәnkәnar toplantısı ilә bağlı ölkәsinin İsrailin Fәlәstindә törәtdiyi hücumların qarşısının alınması üçün İslam ölkәlәri tәrәfindәn atılacaq hәr bir addımı dәstәklәyәcәyini ifadә edib.

Qeyd edәk ki, Binyamin Netanyahu sentyabrın 17-dә baş tutacaq növbәdәnkәnar şeçkilәrdәn әvvәl keçirdiyi mәtbuat konfransında yenidәn baş nazir seçilәcәyi tәqdirdә İordan çayının qәrb sahilindә yerlәşәn İordaniya vadisini ilhaq edәcәyini vurğulamışdı.

Әlaqәli Xәbәrlәr