İdlibdə bir ildə köç edən insan sayı

Suriyadakı İdlib gərginliyi azaltma bölgəsində Bəşər Əsəd rejimi və Rusiyanın hücumları nəticəsində 17 sentyabr 2018-ci ildən etibarən 1 milyon 42 min mülki vətəndaş ev-eşiyindən edilib.

1267542
İdlibdə bir ildə köç edən insan sayı

Suriyadakı İdlib gərginliyi azaltma bölgəsində Bəşər Əsəd rejimi və Rusiyanın hücumları nəticəsində 17 sentyabr 2018-ci ildən etibarən 1 milyon 42 min mülki vətəndaş ev-eşiyindən edilib.

Türkiyə-Rusiya və İran 4-5 may 2017-ci il tarixində Astana yığıncağında İdlib və ətrafını “Gərginliyi azaltma bölgəsi” elan etmişdi.

Türkiyə və Rusiya rejim qüvvələrinin bu çərçivədə başladılan atəşkəs prosesini tapdalayan hücumları qarşısında həmin bölgə üçün əlavə razılaşma əldə etmişdi.

17 sentyabr 2018-ci ildə Soçidə imzalanan razılaşmaya baxmayaraq rejim ona dəstək olanların yardımları ilə hücumlarını davam etdirdi.

Bölgədəki köç prosesini təqib edən Suriya Müdaxilə Koordinatorluğundan əldə edilən məlumata görə, razılaşmanın imzalandığı gündən ötən təqribən bir ildə bölgədə ev-eşiyindən edilən mülki vətəndaşların sayı 1 milyon 42 minə çatıb.  

Hücumların artdığı 2 fevraldan bəridir Əsəd rejimi və Rusiyanın hücumlarında cəmi 13 çadır şəhərciyi, 30 Mülki Müdafiə mərkəzi, 67 səhiyyə qurumu, 18 bazar yeri, 2 su stansiyası, 3 elektirik stansiyası və 16 çörəkxana hədəf alındı.

Suriya Müdaxilə Koordinatorluğu müdiri Məhəmməd Hallac isə deyib ki, Qış mövsümünün gəlməsilə yeni bir humanitar fəlakət olacaq. İnsanların çoxunun sığınacağı bir yer yoxdur.

Əsəd rejiminin və havadarı Rusiyanın yeni bir hərbi əməliyyatı başladacağından narahat olduqlarını ifadə edən Hallac İdlibin cənub və cənub-şərqindəki ərazilərdə yerləşən Sərakib, Maaretinnuman və Eriha kimi böyük yaşayış yerlərinə hücum edəcəyi təqdirdə yeridən edilən mülki vətəndaş sayının 1,5 milyona çıxacağını bildirib.



Әlaqәli Xәbәrlәr