İdlibdə mülki vətəndaşların rejimə və Rusiyaya qarşı etirazları davam edir

Suriyanın şimal-qərbində yerləşən İdlibdə on minlərlə dinc əhali Bəşər Əsəd rejiminin və Rusiyanın son aylarda İdlibdə törətdiyi dağıntılara və yaranan humanitar fəlakətə etiraz etməyə davam edir.

1265124
İdlibdə mülki vətəndaşların rejimə və Rusiyaya qarşı etirazları davam edir

Suriyanın şimal-qərbində yerləşən İdlibdə on minlərlə dinc əhali Bəşər Əsəd rejiminin və Rusiyanın son aylarda İdlibdə törətdiyi dağıntılara və yaranan humanitar fəlakətə etiraz etməyə davam edir.
 
 Bölgə xalqı rejimin birtərəfli şəkildə elan etdiyi atəşkəsdən sonra bölgədəki hücumların əsasən dayandığı vəziyyətdə rejimin son hücumlara başlamasını işğal olaraq səciyyələndirir.
 
 İdlibdə on minlərlə dinc insan şəhərin cənubunda rejim və Rusiyanın keçən aylardakı intensiv hücumlarına etiraz etmək üçün cümə namazından sonra yenidən küçələrə axışdılar.
 
 İdlibin Cisir əş Şuğur, Erixa, Serakib, Maaretinuman, Kəfərtəharim və Sarmada rayonlarında, İdlib şəhər mərkəzində, Atme kəndi ilə Hələbin ətrafındakı bəzi yaşayış məntəqələrində toplaşan nümayişçilər rejim və Rusiya əleyhinə şüarlar səsləndirdilər.
 
Qeyd edək ki, Əsəd rejimi və havadarları Astana razılaşmasına məhəl qoymayaraq İdlib deesakalasiya zonasında intensiv hücumları davam etdirirlər.
 
 Rejimin qurudan irəliləyişini davam etdirməsi mülki vətəndaşların qətliamı və qaçqın dalğasının böyüyəcəyi ilə bağlı narahatlığa səbəb olur.
 
 Türkiyə və Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmadan bu yana İdlib deeskalasiya zonasında 945 min 992 vətəndaş didərgin salınıb. Həmin müddət ərzində rejim və Rusiyanın hücumlarında 219-u qadın, 341-i uşaq olmaqla, 1282  mülki vətəndaş həlak olub.
 
 İdlib deeskalasiya zonasında təxminən 4 milyon vətəndaş yaşayır. Türkiyə hazırda 3 milyon 600-dən çox suriyalıya ev sahibliyi edir.



Әlaqәli Xәbәrlәr