"ABŞ ilə ikitərəfli danışıqlara dair qərarımız yoxdur"

İran Prezidenti Həsən Ruhani ABŞ ilə ikitərəfli danışıqlara dair heç bir qərarlarının olmadığını açıqlayıb.

1262661
"ABŞ ilə ikitərəfli danışıqlara dair qərarımız yoxdur"

Bu barədə "Təsnim" agentliyi məlumat yayıb. Bildirib ki,  İran Prezidenti Həsən Ruhani  bir   tədbirdə  çıxışı zamanı ölkə gündəliyindəki məsələləri qiymətləndirib: "ABŞ ilə ikitərəfli danışıqlara dair heç bir qərarımız yoxdur. Əlbəttə bu istiqamətdə təklif var idi, lakin heç bir zaman müsbət bir cavab verməmişik. ABŞ bütün sanksiyalarını sona çatdırsa 5+1 iclaslarına qatılması mümkündür. Müzakirə dedikdə bəziləri ikitərəfli danışıqları başa düşür amma ikitərəfli danışıqlar heç bir şəkildə gündəmdə deyil". Həsən Ruhani, həmçinin qeyd edib ki, Amerikalılar İran xalqına təzyiq göstərərək diz çökdürə bilməyəcəkləri qənaətinə gəliblər. Bizim xalqımız iqtisadi müharibənin qalib tərəfidir. Avropa İttifaqı üzvü ölkələr ilə danışıqların cümə axşamı gününə qədər sona çatmaması halında üçüncü addımı elan edəcəklərini ifadə edən prezident Ruhani: “ Atdığımız ilk addımdan sonra 5+1 ölkələrə tarixi fürsət verdik. Onlar verilən müddət ərzində öhdəliklərini yerinə yetirə bilərlər. ABŞ Nüvə razılaşmadan təktərəfli olaraq çıxdıqdan sonra Aİ ölkələri vəzifələrini yerinə yetirmədilər. Əgər bu öhdəliklərə əməl edilərsə ABŞ-ın siyasi, sosial və iqtisadi məğlubiyyətə uğrayacağına inamım tamdır”-deyə Ruhani bildirib.

 



Әlaqәli Xәbәrlәr