Yəməndə Prezident sarayı talan edildi

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənubi Yəmən Keçid Şurası Ədən şəhərindəki Maaşık Prezident sarayının qapılarını "qənimət" məqsədilə açdı.

1256409
Yəməndə Prezident sarayı talan edildi

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənubi Yəmən Keçid Şurası Ədən şəhərindəki Maaşık Prezident sarayının qapılarını "qənimət" məqsədilə açdı.

Şahidlərdən alınan məlumata görə, saray içəri daxil olan vətəndaşlar tərəfindən talan edilib.

Şahidlər saraya girən insanların mebel və qiymətli əşyaları qarət etdiklərini söylədilər.

Bəzi mənbələrin irəli sürdüyü iddiaya görə, sarayın mühafizəçiləri maaşlarının gecikməsi səbəbindən hadisə zamanı iş yerlərini tərk ediblər.

Giriş qapılarında və təhlükəsizlik məntəqələrində müqavimətlə qarşılaşmayan vətəndaşlar cəsarətlə içəri giriblər.

Maaşık sarayından mebellərin çıxarılmasl anlarını əks etdirən fotoşəkillər sosial mediada yayıldı.

Xatırladaq ki, Yəməndə ölkənin parçalanmasının tərəfdarı olan Cənubi Yəmən Keçid Şurasına tabe olan Hizam Emni birlikləri 4 gün davam edən toqquşmalar nəticəsində avqustun 10-da Ədəndəki Maaşık Prezident sarayını və strateji dövlət qurumlarını işğal edərək şəhərə nəzarəti ələ keçiriblər.



Әlaqәli Xәbәrlәr