İdlibə istiqamətli hava hücumlarında 6 nəfər ölüb

Suriyada Bəşər Əsəd rejimi və Rusiya Federasiyasına məxsus qırıcı təyyarələrin dünən “İdlib Gərginliyin Azaldılması Bölgəsində” həyata keçirdikləri avia hücumlar nəticəsində 6 vətəndaş həyatını itirib.

1255065
İdlibə istiqamətli hava hücumlarında 6 nəfər ölüb

Bölgədən əldə edilən məlumata görə Əsəd Rejimi və onun dəstəkçilərinin Marratinnuman və Xan Şeyx rayonu başda olmaqla, Temaniye qəsəbəsi, Cibala, Bsida, Rekaya, Nukeyyer, Hiş və Deyr Sarki, Hama və Latmin, Kefer Zita kəndlərinə istiqamətli hücumları davam edir.

İdlib Mülki Müdafiə ofisindən yayılan məlumata görə Əsəd rejimi və Rusiyanın avia hücumları nəticəsində dinç əhalidən 6 nəfər ölüb.



Әlaqәli Xәbәrlәr