“Tankerin Suriyaya gedib-getməyəcəyinə dair zəmanət vermədik”, A.Musəvi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi "Grace 1" markalı neft tankerinin sərbəst buraxılması ilə bağlı heç bir öhdəlik götürmədiklərini və tankerin Suriyaya gedib-getməyəcəyinə dair zəmanət vermədiklərini söyləyib.

1253721
“Tankerin Suriyaya gedib-getməyəcəyinə dair zəmanət vermədik”, A.Musəvi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi "Grace 1" tipli neft tankerinin sərbəst buraxılması ilə bağlı heç bir öhdəlik götürmədiklərini və tankerin Suriyaya gedib-getməyəcəyinə dair zəmanət vermədiklərini söyləyib.

Musəvi İran dövlət mediasında yer alan açıqlamasında Cəbəllütariq hökumətinin dünən sərbəst buraxdığı "Grace 1" adlı tankerlə əlaqəli Tehran rəhbərliyinin  vəd verdiyinə dair iddiaları təkzib edib.

İranın istədiyi müştəriyə neft satacağını ifadə edən Musəvi "İran “Grace 1” tankerini sərbəst buraxmaq öhdəliyi götürməmişdir. Biz tankerin Suriyaya gedəcəyinə dair heç kimə zəmanət verməmişik." ifadəsini işlədib.

Tankerin saxlanıldığı ilk saatda hədəfin Suriya olmadığını xatırladan Musəvi "Tankerin Suriyaya gedib-getməməsi heç kimi maraqlandırmır. Onlar şərəfləri ilə işi həll etmək üçün zəmanət məsələsini qaldırırlar" deyə bildirib.

İran Dənizçilik və Limanlar Təşkilatı başçısının köməkçisi Cəlil İslami də“Grace 1” neft tankerinin 25 nəfərlik heyəti ilə İran bayrağı ilə Aralıq dənizinə hərəkət edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr