H.Ruhani: “İrana sanksiya tətbiqi düşmənlərimizin acizliğinin göstəricisidir”

İran Prezidenti Həsən Ruhani ABŞ-ın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etməsinə münasibət bildirib.

1246082
H.Ruhani: “İrana sanksiya tətbiqi düşmənlərimizin acizliğinin göstəricisidir”

Məlumatına əsasən, Təbrizdə səfərdə olan H. Ruhani bildirib ki, hər gün İranla qeyd-şərtsiz müzakirəyə hazır olduqlarını bəyan edənlər Cavad Zərifə sanksiya tətbiq edir.    İran Prezidentinin sözlərinə görə, məlum qərar düşmənlərin nə qədər aciz duruma düşdüyünü göstərir.   H. Ruhani qeyd edib ki, Məhəmməd Cavad Zərifin verdiyi müsahibələr Ağ Evin sütunlarını silkələyir: “İranın Ali Lideri, Prezidenti və Xarici İşlər naziri öz gücünü xalqdan alır”.  

Qeyd edək ki, ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. Ağ Ev rəsmisinin  sözlərinə  görə, Cavad Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə durur. Ağ Ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdaş hesab etmir və danışıqların daha yüksək vəzifəli şəxslə aparılmasını istəyir.

İran Xarici  işlər  naziri   Zərif sosial media hesabında  yaydığı   açıqlamada, İrandan kənarda   heç bir   əmlakının olmadığını Vaşinqton administrasiyasının özünü   sanksiya   siyahısına  salmaqla   heç  nə  əldə   edəbilməyəcəyini qeyd  edib.  



Әlaqәli Xәbәrlәr