İngiltərə Tehrana vasitəçi göndərdi

İranın dini lideri Əli Xamneyinin ofisinin sədri Məhəməd Məhəmmədi Qolpayeqani İngiltərənin saxlanılan tankerilə əlaqədar olaraq Tehrana vasitəçi göndərdiyini söylədi.

1241574
İngiltərə Tehrana vasitəçi göndərdi

İranın dini lideri Əli Xamneyinin ofisinin sədri Məhəməd Məhəmmədi Qolpayeqani İngiltərənin saxlanılan tankerilə əlaqədar olaraq Tehrana vasitəçi göndərdiyini söylədi.

İranın yarı rəsmi agentliyi Tesnimin xəbərinə görə, Qolpayeqani İngiltərənin İran İnqilab Keşiçkiləri Qvardiyası tərəfindən dənizcilik qaydalarına əməl etmədiyi səbəbindən saxlanılan neft tankerinin sərbəst buraxılmasına imkan yaratmaq üçün Tehrana vasitəçi göndərdiyini açıqladı.

İngiltərə tankerini saxlayan İnqilab Keşiçkiləri Qvardiyasını tərifləyən Qolpayeqani “İrana bir zaman nazir və millət vəkilləri təyin edən bir ölkə hazırda İrana vasitəçi göndərəcək vəziyyətə düşdü” dedi.

Qolpayeqani İngiltərənin göndərdiyini irəli sürdüyü vasitəsi barəsində məlumat vermədi.

İngiltərəyə bağlı Cəbəllütariq muxtar idarəsi iyunun 4-də Suriyaya yönəldilmiş sanksiyaları pozduğu səbəbindən İranın tankerini saxlamışdı.

İranlı səlahiyyətlilər “Grace 1” neft tankerinin sərbəst buraxılmasını, əks təqdirdə qisas alınacağını açıqlamışdı. Cəbəllütariq ali mənkəməsi İran tankerinin saxlanılma müddətini avqustun 15-dək uzatmışdı.

İran İnqilab Keşikçiləri Qvardiyası da 19 iyulda İngiltərə bayraqlı “Steno İmpero” adlı neft tankerini Hörmüz boğazından keçərkən dənizcilik qaydalarını pozduğu səbəbindən saxladığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr