İran prezidenti və Qətər əmiri görüşdülər

İran prezidenti Həsən Ruhani Qətər əmiri Şeyx Temim ibn Hamed əl-Sani ilə bir araya gəldi.

1219106
İran prezidenti və Qətər əmiri görüşdülər

  İran prezidenti Həsən Ruhani Qətər əmiri Şeyx Temim ibn Hamed əl-Sani ilə bir araya gəldi.

  İran Prezident Aparatından verilən məlumata görə, Tacikistanın paytaxtı Düşənbədə təşkil edilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) V Zirvə toplantısı çərçivəsində H.Ruhani Qətər əmiri əl-Sani ilə görüşüb. Söhbət zamanı İranın dialoq və müzakirə zəminində davamlı olaraq əməkdaşlığa hazır olduğunu dilə gətirən Ruhani deyib:

  "Ölkələr arasındakı ikili və çoxtərəfli müşavirələr daha çox əməkdaşlıq, ixtilafları azaltmaq və regional problemləri həll etmənin tək yoludur.

  Bölgə ölkələrinin təhlükəsizliyi və sabitliyi bir-birinə bağlıdır.

  İranla Qətər arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var və bunun iki ölkə xalqının faydası baxımından qiymətləndirilməsi lazımdır.”

  Əl-Sani də bölgədəki ixtilafların həll yolunun müharibə deyil, yalnız müzakirələr olduğunu təsdiq edərək dialoqun əhəmiyyəti və əlaqələri inkişaf etdirmə tərəfdarı olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr