“Dəqiq dəlillər əldə ediləcəyi təqdirdə ABŞ lazımlı addımları atacaqdır”, C.Cefri

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Suriya rejiminin yenidən kimyəvi silah istifadə iddialarına münasibət bildirdi.

1210775

Cefri BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətin müzakirə edildiyi iclasdan sonra jurnalistlərə verdiyi açıqlamada bildirdi ki, İdlibdə baş verən qarşıdurmalar beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir və İdliblə əlaqədar razılaşması və atəşkəs dərhal həyata keçirilməlidir. Suriyada öz təhlükəsizlikləri üçün hərbi əməliyyatlar həyata keçirən 5 ölkənin hərbi qüvvələrinin bir-biri ilə qarşı-qarşıya gəlmə təhlükəsi var.

Suriyada rejimin yenidən kimyəvi silah istifadə etdiyi iddalarına da münasibət bildirən Cefri “ "Əgər rejimin öz xalqına qarşı kimyəvi silahdan istifadə etdiyini dəqiq sübuta yetirsək, ABŞ vacib olan addımları atacaq" dedi.

Cefri İranın Suriyadakı mövcudluğu və bölgədəki müttəfiqlərinə yönəldilmiş təhdiddən də son dərəcə narahat olduqlarını dilə gətirdi.

Әlaqәli Xәbәrlәr