YPG/PKK terror təşkilatı əkin sahələrini yandırdı

Suriyanın Tel Rifat qəsəbəsinə  nəzarəti ələ keçirən separatçı terror təşkilatı YPG / PKK, Türk Silahlı Qüvvələrinin Fərat Qalxanı və Zeytun Budağı əməliyyatı  ilə  quldurlardan təmizlədiyi  bölgələrdə  dinç sakinlərə  məxsus  əkin sahələrini yandırıblar

1210526
YPG/PKK terror təşkilatı əkin sahələrini yandırdı

YPG / PKK terror təşkilatı mənsubu  quldurların  dünən  törətdikləri   yanğın nəticəsində təxminən  50 min kıvadratmetr  əkin sahəsi  kül olub.  Məlumata görə Azad Suriya Ordusu əsgərlərinin müdaxiləsi nəticəsində  yanğın  nəzarətə alınaraq digər sahələrə  yoluxmasına mane olunub.

Qeyd edək ki, Tel Rifatdakı  YPG / PKK  mənsubu quldurlar 18 Mayda Bab rayonunda dinç sakinlərin  əkin sahələrini  yandırdılar.

Afrinin cənub-şərqində və  Əzizin cənubunda yerləşən  Tel Rifat rayonuna nəzarət 3 ildir  YPG / PKK  terror təşkilatının əlində. Bu müddət ərzində 250 min qədər qəsəbə xalqı məcburi köçə məruz qaldı.



Әlaqәli Xәbәrlәr