İranın Keçmiş vitse-prezidenti Nəcəfinin həyat yoldaşı öldürüldü

İran prezidenti Həsən Ruhaninin məsləhətçisi və paytaxt Tehranın keçmiş Bələdiyyə Başçısı Məhəmməd Əli Nəcəfinin yoldaşı öldürüldü.

1209828
İranın Keçmiş vitse-prezidenti Nəcəfinin həyat yoldaşı öldürüldü

İran dövlət telekanalının polis Baş idarəsinə istinad etdiyi xəbərinə görə Nəcəfinin həyat yoldaşı Mitra Nəcəfi Tehranın şimalında yerləşən Səadət Abad səmtindəki evində vurularaq öldürülüb. Cinayət ilə bağlı ətraflı məlumat verilməyib.

İnsafnews xəbər saytının muhabirlerinden Pərisa Salehi sosial media hesabından cinayətlə bağlı yaydığı açıqlamada: “Nəcəfinin yoldaşı Mitra Nəcəfi dünən İnsafnews-a telefon edib müsahibə üçün vaxt verdi. Onun bu gün ofisə gəlməsi planlaşdırıldı. Ancaq eyni gün öldürüldü.

Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani dövründə Təhsil Nazirliyi vəzifəsində olan Məhəmməd Əli Nəcəfi, Ruhani iqtidarında vitse-prezident təyin edildi. O 2017-də isə Tehran Bələdiyyə sədri seçildi. Ancaq ötən il uşaqların rəqs etdiyi bir tədbirə qatıldığı üçün sıx tənqidlərə məruz qaldı və bu səbəbdən istefa bələdiyyə başçılığı vəzifəsində istefa etdi.

 



Әlaqәli Xәbәrlәr