İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan 9-u həlak olub

Suriyada Bəşər Əsəd rejiminə məxsus qırıcıların “İdlib gərginliyi azaltma bölgəsi” sərhədləri daxilindəki yaşayış məntəqələrinə havadan təşkil etdiyi hücum nəticəsində 9 nəfər ölüb, ən az 28 mülki vətəndaş yaralanıb.

1209160

Yerli qaynaqlardan əldə edilən məlumata görə, Əsəd rejimi ordusu və İranın dəstəklədiyi terrorçu qruplaşmalardan ibarət qüvvələr “İdlib gərginliyi azlatma bölgəsi” sərhədləri daxilindəki İdlibin Xan Şeyxun və Ariha qəsəbəsilə Əl Habit, Marrıhırme Abidin, Sufuhen, Hazarin, Nukeyyir və Şey Mustafa kəndləri ilə Həmanın şimal ərazilərindəki Latamine və Kefer Zita qəsəbəsinə hava və qurudan hücum edib.

Mülki Müdafiə (Ağ dəbilqəlilər) qaynaqlarından əldə edilən məlumata görə, rejimə məxsus döyüş təyyarələrinin Marratinnuman qəsəbəsilə Hazarin və Marrıthırme kəndlərinə havadan etdiyi hücumlarda mülki vətəndaşlardan 9-u həyatını itirdi, ən az 28 vətəndaş isə yaralandı.

Mülki Müdafiə heyəti axtarış-xilasetmə fəaliyyətlərini davam etdirdikdə, ölü sayının artacağını istisna etmədiyini bildirib.

Әlaqәli Xәbәrlәr