ABŞ Suriya rejiminə xəbərdarlıq etdi

Bəşər Əsəd rejimi Suriyairi şimal-qərbində yeni kimyəvi hücumlar həyata keçirməyi planlaşdırır. Bunu ABŞ dövlət katibliyinin sözçüsü Morgan Ortagus Suriya ilə bağlı yazılı şərhində deyib.

1205687
ABŞ Suriya rejiminə xəbərdarlıq etdi

Sözçü bildirib ki, ABŞ Bəşər Əsəd rejiminin kimyəvi silah istifadəsi daxil olmaqla ölkənin şimal-qərbində həyata keçirdiyi əməliyyatları yaxından izləyir. Təəssüflə deməliyəm ki, Əsəd rejiminin kimyəvi silah istifadəsinə yenidən başlayacağına dair əlamətlər var və  biz bununla bağlı konkret məlumatlar əldə etməkdə davam edirik. Əsəd rejimi bilməlidir ki, kimyəvi silah istifadə edərsə, ABŞ müttəfiqləri buna biganə qalmayacaq. Rejimi 19 May 2019-da atəşkəsi pozaraq İdlib bölgəsində həyata keçirdiyi əməliyyatda təhlükəsizlik səbəbindən ölkənin müxtəlif bölgələrindən ayrılaraq İdlibə sığınan məsum insanlar hədəfə götürdü. Rejimi bu ölkənin şimal-qərbinə istiqamətli hücumlarına son qoyması mövzusunda daha bir dəfə xəbərdarlıq edirik”- deyə ABŞ dövlət departamentinin  sözçüsü deyib.  



Әlaqәli Xәbәrlәr