Rusiya Vladimir Zelenskinin sözlərinə sərt reaksiya verdi

Rusiya Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-na rəsmi Moskvaya sanksiyalarI artırın çağırışına reaksiya verib.

1205485
Rusiya Vladimir Zelenskinin sözlərinə sərt reaksiya verdi

Ukrayna prezidenti Zelenskinin sözlərinə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov: “Rusiyaya qarşı sanksiyaların artırılmasına dair ABŞ-na edilən çağırışlar Ukraynadakı mövcud vəziyyətin yaxşılaşmasına töhvə verməz. Prezident Zelenskiyin ölkənin cənub-şərqindəki problemi həll etməyinə də eləcə”.

ABŞ administrasiyasının Rusiya qazını Almaniyaya daşıyacaq "Şimal Axın 2" layihəsi üçün sanksiya tətbiqinə hazırlaşdığını ifadə edən Peskov bunun beynəlxalq şirkətlərin iştirak etdiyi və tikinti işlərinin böyük hissəsi tamamlanmış nəhəng layihə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Yaponiyada baş tutacaq G20 sammitində bir araya gəlmələri halında Avropanın enerji təhlükəsizliyinə dair məsələlər də müzakirə ediləcək.

Xatırladaq ki, Zelenski paytaxt Kiyevdə Birləşmiş Ştatların nümayəndələriylə görüşü zamanı: “ABŞ hər şeydən əvvəl Rusiya təcavüzünün öhdəsindən gəlməkdə Ukraynanın güclü və çox ciddi müttəfiqidir. Biz Donetsk hövzəsində və Krımda Rusiya təcavüzünün öhdəsindən gəlməyi bacarmayacağıq. Buna görə sizin köməyiniz lazımdır, bu çərçivədə rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları sərtləşdirərək davam etdirməlidir.

Qeyd edək ki, ABŞ Enerji naziri Rick Perry dünən yaydığı bəyanatında layihədə iştirak edən şirkətlərə sanksiya qərarını yaxın zamanda açıqlayacağını bildirdi.

10 milyard avroya tamalanacaq şimali axın 2 layihəsi ildə 55 milyard kubmert təbii qazın Baltik dənizi üzərindən Almaniyaya çatdırılması planlaşdırılır.

 



Әlaqәli Xәbәrlәr