Məscidül- Əqsada 200 mindən çox insan cümə namazı qıldı

Fələstinlilər Ramazan ayının ikinci cümə günü İsrailin yaratdığı çətinliklərə və maneələrə baxmayaraq Məscidül- Əqsaya axın etdilər.

1203340
Məscidül- Əqsada 200 mindən çox insan cümə namazı qıldı

Fələstinlilər Ramazan ayının ikinci cümə günü İsrailin yaratdığı çətinliklərə və maneələrə baxmayaraq Məscidül- Əqsaya axın etdilər.

On minlərlə fələstinli sabahın erkən saatlarından İordan çayının işğal altındakı qərb sahili ilə Qüds arasındakı hərbi keçid məntəqələrindən keçərək Harami Şərifin yolunu tutdu. 

İşğal edilmiş Şərqi Qüdsün Qədim şəhəri yaxınlığında olan yolları nəqliyyata bağlayan İsrail polisi avtobuslardan başqa heç bir nəqliyyat vasitəsinin keçidinə icazə vermədi. Saatlarla davam edən yürüşdən sonra Məscidül -Əqsaya çatan fələstinlilər Ramazan ayının ikinci cümə namazını qılmaq üçün Əqsanın həyətini doldurdular.

Qüds İslam Vəqfləri İdarəsi tərəfindən verilən yazılı açıqlamaya görə, 200 minə yaxın fələstinli Əqsa məscidində namaz qılıb.

Digər tərəfdən, yerli mətbuatın yaydığı xəbərə görə, İsrailli orqanları  200 könüllüyə Məscidül -Əqsada ibadət edənlərə xidmət etməyə icazə verməyib.

Məscidül -Əqsada cümə xütbəsini  oxuyan Şeyx İsmayıl Navahde Ərəb-İslam dünyasını  Məscidül -Əqsaya və Qüdsə sahib çıxmağa çağırdı.

Xatırladaq ki, İsrail Şərqi Qüdsü və İordan çayının qərb sahilini 1967-ci ildən bəri işğalı altında tutur.



Әlaqәli Xәbәrlәr