İran Fələstində xalq səsverməsinin keçirilməsinə çağırdı

İran xalqın öz müqəddəratını müəyyən edə bilməsi üçün Fələstində müsəlman, xristian və yəhudilərin iştirak edəcəyi xalq səsverməsinin keçirilməsinə çağırdı.

1201044
İran Fələstində xalq səsverməsinin keçirilməsinə çağırdı

İran Xarici İşlər Nazirliyi Fələstində "Nekbe"nin (Böyük fəlakət) 71-ci ildönümü münasibətilə bəyanat yaydı.
 
Bəyanatda Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, beynəlxalq ictimaiyyətin Fələstin torpaqlarının və Qüdsün İsrailin işğalından azad edilməsi, Fələstin xalqına öz müqəddaratını müəyyən etmə hüququ verilməsi və paytaxtı Qüds olan müstəqil bir Fələstin hökumətinin qurulması məsələsinə görə məsuliyyət daşıdığı bildirildi.

Beynəlxalq ictimaiyyətdən İsrailin işğalına qarşı qətiyyətli addımlar gözlənildiyi ifadə edilən bəyanatda: "Müsəlman, xristian və yəhudilər daxil olmaqla, bütün yerli əhalinin iştirakı ilə referendumun keçirilməsi üçün lazımı şərait yaradılmalıdır" deyildi.
Bəyanatda, eyni zamanda, "Nekbe" (Böyük fəlakət) adlandırılan 14 may 1948-ci ildən bu yana Fələstin torpaqlarında sülh və sabitliyin olmadığı vurğulanaraq: "Nekbe günündə işğal altındakı Fələstin torpaqları üzərində müharibə, cinayət və işğalçılıqla mövcudluğunu davam etdirən siyonist rejim deyilən qeyri-qanuni bir varlıq doğuldu. Bütün regional böhranların  səbəbi olan bu rejim bu gün beynəlxalq sülh və təhlükəsizıik üçün real bir təhlükəyə çevrilmişdir" ifadələri işlədildi.



Әlaqәli Xәbәrlәr