İdlibdə qarşıdurmalar davam edir

Suriyada Bəşər Əsəd rejimi və İranın dəstək verdiyi terror qruplaşmaların İdlibin cənubuna istiqamətli əməliyyatları davam edir.

1198938
İdlibdə qarşıdurmalar davam edir

Məlumata görə Əsəd əsgərləri və İran dəstəkli terrorist qruplardan ibarət rejim qüvvələri, Azad Suriya Ordusu ilə şiddətli qarşıdurmalar nəticəsində Hama vilayətinin qərb ərazilərində yerləşən Madik qalası məhəlləsi, əl Kirkat və Tüveynə kəndlərinə nəzarəti ələ keçiriblər. Reijm qüvvələrinin eyni anda hücum başlatdıqları Şəria kəndində isə qarşıdurmalar davam edir. Qurudan irəliləyən rejim qüvvələrinə Rusiya qırıcıları da havadan dəstək verir.

Müxaliflərə aid təyyarə müşahidə evindən yayılan açıqlamada Şəriyədəki hücumlara Rus döyüş təyyarələrinin də müşayiət etdiyi bildirilir.

Hərbi müxaliflər, rejim qüvvələrinin dünən ələ keçirdikləri Kefrenbudə rayonu və Daş Təpəsini geri almaq üçün toqquşurlar. Rayon ətrafında şiddətli qarşıdurmalar yaşanır.

Əsəd rejimi, Hamanın şimalındakı Əl Cənabirə kəndinə və strateji Osman Təpəsinə nəzarəti üç gün əvvəl ələ keçirmişdi.



Әlaqәli Xәbәrlәr