BMT İdlibə hümanitar yardımı dayandırdı

Birləşmiş Millətlər Təşkilatı (BMT), Suriyada Bəşər Əsəd qüvvələrinin hücumlarının artdığı "İdlib Gərginliyi Azaldma Bölgəsi"ndə təhlükəsizlik səbəbiylə 50 min adama hər ay çatdırılan qida yardımını təxirə saldı.

1199004
BMT İdlibə hümanitar yardımı dayandırdı

Dünya Qida Proqramı (WFP)-nin sözçüsü Herve Verhoosel BMT Cenevrə Ofisində təşkil etdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

Sözçü bildirib ki, "WFP və BMT, toqquşan bütün tərəflərə şiddətin azaldılması və Türkiyə ilə Rusiya arasında 2018-ci ildə imzalanan atəşkəs razılaşmasına riayət edilməsi haqda çağırış edib. WFP və ortaqları "İdlib Gərginliyi Azaldma Bölgəsi" ndə təhlükəsizlik problemi olmayan yaşayış yerlərində ehtiyacı olan dinç sakinlərə hazır qida paketləri və isti yemək paylamağa davam edir. Ancaq qarşıdurmaların şiddətləndiyi ərazilərə yardım çatdırıla bilmir. İdlib bölgəsində qida yardımı çatdırıla bilməyən yerlərin başında Serakib, Cisr əş Şuğur, Maretunnuman, Kefer Nubul iştirak edir. Bu ərazilərdə qida yardımına möhtac 50 min qədər adam var. Bu səbəbdən tərəfləri dinç sakinləri qorumağa və beynəlxalq hüquqa hörmət etməyə çağırırıq” .

 



Әlaqәli Xәbәrlәr