İran nüvə müqaviləsi çərçivəsindəki bəzi öhdəlikləri yerinə yetirməməyi maraqlarına uyğun hesab edir

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə müqaviləsi çərçivəsində könüllü şəkildə tətbiq etdiyi bəzi öhdəlikləri yerinə yetirməməyi maraqlarına uyğun gördüyünü söylədi.

1197057
İran nüvə müqaviləsi çərçivəsindəki bəzi öhdəlikləri yerinə yetirməməyi maraqlarına uyğun hesab edir

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə müqaviləsi çərçivəsində könüllü şəkildə tətbiq etdiyi bəzi öhdəlikləri yerinə yetirməməyi maraqlarına uyğun gördüyünü söylədi.

 İran xarici işlər naziri Məhəmməd Cavad Zərif  Rusiyanın paytaxtı Moskvaya rəsmi səfər etdi.

Cavad Zərif  Moskvanın Vnukovo Hava Limanında İran dövlət televiziyasına müsahibə verdi. Zərif müsahibəsində Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etməsindən bir il keçməsinə baxmayaraq, müqavilə tərəflərinin İranın maraqlarını qoruyacaq addımları ata bilmədiklərini qeyd etdi.

  Avropa İttifaqı və beynəlxalq ictimaiyyətin ABŞ-ın təzyiqlərinə qarşı dayanacaq  gücə malik olmadığını ifadə edən nazir: "Bu səbəbdən İran nüvə müqaviləsi çərçivəsində könüllü şəkildə tətbiq etdiyi bəzi öhdəlikləri yerinə yetirməməyi maraqlarına uyğun hesab edir" dedi.

  İran xarici işlər naziri ölkəsinə bu hüququn nüvə müqaviləsinin 26-cı və 36-cı maddələri çərçivəsində verildiyini xatırladaraq: "Yəni biz nüvə müqaviləsi xaricində deyil, müqavilə çərçivəsində hərəkət edirik" dedi.

 İranla 2015-ci ildə bağlanan nüvə müqaviləsi Tehranın nüvə proqramına qoyulan məhdudiyyətlərin əvəzində sanksiyaların dayandırılmasını nəzərdə tuturdu.

  Xatırladaq ki, Vaşinqton rəhbərliyi İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında imzalanan nüvə müqaviləsini 2018-ci ilin may ayında birtərəfli olaraq ləğv edərək, sanksiyaları bərpa edib.

Nüvə müqaviləsinin ABŞ tərəfindən birtərəfli ləğvindən sonra Avropa ölkələrindən müqavilənin davamı üçün qətiyyətli addımlar gözləyən Tehran rəhbərliyi maraqlarının təmin olunmaması vəziyyətində müqavilədə qalmayacağını dilə gətirir.

  Qeyd edək ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr