Talibanın növbǝti hücumunda 8 polis hǝyatını itirdi

Əfqanıstanın Bəlx vilayətində “Taliban” terrorçularının hǝyata  keçirdiklǝri  raket hücumu nəticəsində 8 polis öldürülüb.

1175583
Talibanın növbǝti hücumunda 8 polis hǝyatını itirdi

Hadisǝ  ilǝ  ǝlaqǝli  “Tolo News” televiziya kanalı  məlumat yayıb.   Məlumata əsasən, insident polisin Şolqara rayonunda patrul xidməti apardığı zaman baş verib. Bəlx vilayəti polis idarǝsinin  mətbuat katibi Adil Şah Adilin sözlərinə əsasən, polislər  terrorçuların  raket zərbəsi nǝticǝsindǝ  ölüblǝr.  Hadisə nəticəsində 5 polisin də yarlaandığı  bildirilib. Taliban   isǝ  hadisǝ  zamanı  11  polis ǝmǝkdaşının  öldüyünü  irǝli   sürüb.   



Әlaqәli Xәbәrlәr