Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşür.

1173121
Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşür.

Bu barədə Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində məlumat verib.

Məlumatda bildirilir ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.

Prezidenti İlham Əliyev martın 28-də Vyanaya səfəri zamanı Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ilə də görüşüb.

 Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlət başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə etdi.

Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunuldu, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr