ABŞ, Avropa və Kanada Rusiyaya qarşı növbəti addımı atdılar

ABŞ Xəzinə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1164623
ABŞ, Avropa və Kanada Rusiyaya qarşı növbəti addımı atdılar

  Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Kanada birgə addım ataraq "Rusiyanın Krımı işğal etməsinə dəstək olduqları səbəbilə 6 rus səlahiyyətli nümayəndəsi və 8 Rusiya şirkətini sanksiya siyahısına salıblar.

  ABŞ Xəzinə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir:

  “Ukrayna böhranı ilə əlaqədar Rusiyaya tətbiq olunan sanksiyaları genişləndiririk. Buna görə də Rusiyanın Ukraynanın Krım bölgəsini işğal etməsinə dəstək verdikləri üçün 6 rus səlahiyyətlisi ilə 8 Rusiya şirkətini sanksiya siyahısına saldıq. Rəsmi Kremlin beynəlxalq normaları heçə sayan və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü saymayan hərəkətlərinə cavab olaraq Avropa İttifaqı və Kanada ilə birgə addım atır və Rusiyaya qarşı mövqeyimizi göstəririk.”  

  Açıqlamaya görə, sanksiya siyahısına salınan adlar arasında Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən (FSB) Sergey Stankeviç, Andrey Şenin, Ruslan Romaşkin və Rusiya Sərhəd İdarəsinin sədr müavini Qennadi Medvedev yer alır.

  Qadağa qoyulan 6 Rusiya şirkəti arasında isə müdafiə, inşaat, neft və qaz şirkətləri vardır.

  Rusiya Xarici İşlər Nazirliyi də verdiyi yazılı açıqlamada bildirib: “ABŞ və Kanada Rusiyaya təzyiqi artırır, müntəzəm olaraq tətbiq etdikləri sanksiyalarla istədikləri nəticələri əldə etmək istəyirlər. Biz də buna qarşılıq verəcəyik".



Әlaqәli Xәbәrlәr