İran ilə İraq arasında viza rejiminə dair yeni qərar qəbul edildi

İran prezidenti dünən Bağdada səfərində bu ölkənin prezidenti Bərham Saleh və Baş nazir Adil Əbdülmehdi ilə görüşdü.

1161452
İran ilə İraq arasında viza rejiminə dair yeni qərar qəbul edildi

İran ilə İraq arasında viza rejiminə dair yeni qərar qəbul edildi.

İran prezidenti Həsən Ruhaninin Kommunikasiya və Xalqla Əlaqələr üzrə müavini Bərviz İsmaili  sosial media vasitəsilə yaydığı açıqlamada bildirib: “Ruhani və İraqın Baş naziri Adil Əbdülmehdi arasındakı görüşdə iki ölkə vətəndaşları üçün vizanın aprel ayından etibarən ödənişsiz olmasına dair qərara gəlindi.”

Qeyd edək ki, İran prezidenti dünən Bağdada səfərində bu ölkənin prezidenti Bərham Saleh və Baş nazir Adil Əbdülmehdi ilə görüşdü.

Ruhaninin üç gün davam edəcək səfəri çərçivəsində Nəcəfdə şiələrin ən böyük din xadimlərindən biri olan Ayətullah Əli əs-Sistani ilə ölkədəki digər siyasi və dini səlahiyyətlilərlə görüşü gözlənilir.



Әlaqәli Xәbәrlәr