İsrail Qəzzaya hava hücumu təşkil etdi

İsrailin döyüş təyyarələri Qəzzada Həmasın hərbi qanadı olan İzzəddin əl-Qassam briqadalarına aid mövqeyə hava hücumu təşkil etdi.

1157708
İsrail Qəzzaya hava hücumu təşkil etdi

İsrailin döyüş təyyarələri Qəzzada Həmasın hərbi qanadı olan İzzəddin əl-Qassam briqadalarına aid mövqeyə hava hücumu təşkil etdi.
 

İsrail ordusu hücumla bağlı yazılı məlumat yaydı. 

Yazılı məlumatda döyüş təyyarələrinin Qəzzadan İsrail tərəfinə "alovlanan şar" göndərilməsindən sonra  Qassam briqadalarına aid bir hərbi kompleksin bəzi  mövqelərini bombaladığı bildirilir.
 
 İsrail vətəndaşlarına zərər vermə cəhdinin son dərəcə təhlükəli olaraq dəyərləndirildiyi ifadə edilən məlumatda Qəzzada baş verənlərin məsuliyyətinin Həmasın üzərinə düşdüyü qeyd edilir.
 
 Hücumda itkilər və xəsarətin olub-olmaması barəsində hələ heç bir məlumat yoxdur.
 
 Fələstin tərəfi də hücuma aid bir açıqlama verməyib.
 
 Qeyd etmək lazımdır ki, İsrail ordusu son dövrdə Qəzza tərəfindən havaya buraxılan  çərpələng və şarların İsrail tərəfinə yanıcı maddə daşıdığını iddia edərək, bölgəyə hücumlar təşkil edir.



Әlaqәli Xәbәrlәr