İranda saxta içki daha iki can aldı

İranın Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində saxta spirtli içkidən daha iki nəfər zəhərlənərək həyatını itirib.

1158143
İranda saxta içki daha iki can aldı

Qərbi Azərbaycan Tibb Fakültəsi Xəstəxanasının baş həkim müavini İbrahim Hüseyni Fars xəbər agentliyinə açıqlamasında bildirib: “ Bukan şəhərində Spirtli içkidən zəhərlənən 13 adamdan ikisi həyatını itirdi. Zəhərlənənlərdən ikisinin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, İranda son altı ay ərzində 100 adam saxta spirtli içkidən zəhərlənərək həyatını itirib. Spirtli içkinin qadağan olduğu ölkədə, bir çox evdə alkoqol istehsal edilir. Ölkə qanunlarına görə, spirtli içki istehsal edən, alan və satan 6 aydan 1 ilə qədər həbs edilir.



Әlaqәli Xәbәrlәr