Suriyada keçən ay 246 mülki şəxs öldürülüb

Londonda yerləşən İnsan Haqları üzrə Suriya Şəbəkəsinin (SNHR) bununla bağlı hesabat yayıb.

1155313
Suriyada keçən ay 246 mülki şəxs öldürülüb

Suriyada keçən ay 246 mülki şəxs öldürülüb. 

Bununla bağlı məlumat Londonda yerləşən İnsan Haqları üzrə Suriya Şəbəkəsinin (SNHR) hesabatında yer alıb.

Hesabatda bildirilib ki, həlak olanların arasında 54 nəfər azyaşlı və 50 qadın var. Öldürülənlərin 108 nəfəri, o cümlədən 31 uşaq və 17 qadın isə Suriya hökumət qoşunlarının hərbi əməliyyatları nəticəsində həyatını itiriblər.

Hesabatda ABŞ-ın liderlik etdiyi DEAŞ əleyhinə hərbi koalisiyanın əməliyyatlarında 17 dinc sakin, o cümlədən 4 azyaşlı və 4 qadının həlak olduğu bildirilib.

SNHR hesabatının müəllifləri daha 77 mülki şəxsin öldürülməsinin təqsirkarlarının müəyyən olunmadığını əlavə edib. Bütün bunlarla yanaşı, 5 tibb personalı da münaqişə qurbanları arasındadır.

Hesabatda 2018-ci ildə münaqişə zonasında 7 min mülki şəxsin həyatını itirdiyi də qeyd olunub.

Hesabatda o da qeyd olunub ki, keçən ay 29 nəfərə işgəncə verilərək öldürülüb.



Әlaqәli Xәbәrlәr