Pakistan ordusu Hindistanın 2 qırıcısını vurdu

Pakistan Hava Qüvvələri Hindistana məxsus iki təyyarəni vurub.

1153315
Pakistan ordusu Hindistanın 2 qırıcısını vurdu

Pakistan silahlı qüvvələrinin mətbuat katibi general-mayor Asif Qafurun təsdiq etdiyi xəbərə  görə Hindistan təyyarələri ölkənin hava məkanını pozduqları əsnada vurulublar. Bildirilir ki, Kəşmirin hava məkanına daxil olan zaman vurulan təyyarələrdən birinin pilotu Pakistan qüvvələri tərifindən tutulub. Hadisə zamanı ölən və yaralanlar barədə ətraflı məlumat verilməyib

Pakistan Xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Faysal da tvitter hesabından yaydığı açıqlamada, Pakistan Hava Qüvvələrinin Kəşmir nəzarət xəttindəki hərəkatının müdafiə məqsədli olduğunu ifadə edərək: "Bütün məqsədimiz müdafiə sahəsində gücümüzü sınaq etməkdir. Gərginliyin artmasını istəmirik. Ancaq təhriklərə də biganə qalmarıq”.



Әlaqәli Xәbәrlәr