İraq Suriya ilә sәrhәdә әlavә hәrbi qüvvә göndәri

İraq Müdafiә Nazirliyindәn verilәn mәlumata görә,  Enbar şәhәrinin Suriya ilә sәrhәddә yerlәşәn Әl-Kaim qәsәbәsinә әlavә hәrbi qüvvәlәr göndәrilib.

1148993
İraq Suriya ilә sәrhәdә әlavә hәrbi qüvvә göndәri

İraq Suriya ilә sәrhәdә әlavә hәrbi qüvvә göndәri.

İraq Müdafiә Nazirliyindәn verilәn mәlumata görә,  Enbar şәhәrinin Suriya ilә sәrhәddә yerlәşәn Әl-Kaim qәsәbәsinә әlavә hәrbi qüvvәlәr göndәrilib.

Mәlumatda qәbul olunan bu qәrarla DEAŞ  terrorçularının ölkәyә sızmasının qarşısının alınacağı vurğulanıb.

İraq Baş naziri Adil Abdulmehdi paytaxt Bağdadda dünәn keçirdiyi mәtbuat konfransında terror tәşkilatı DEAŞ-ın bәzi rayonlarda mövcudluğunu davam etditdiyi ilә bağlı yayılan  iddialara toxunmuşdu.

Adil Abdulmehdi deyib: ‘‘ DEAŞ İraqdakı havadarlarının әhval-ruhiyyәsini yüksәltmәyә çalışsa da, bu mәsәlә  tәhlükәsizlik qüvvәlәrimizin nәzarәti altındadır. Hazırda İraq tәhlükәsizlik vә sabitlik mәsәlәsinә ciddi әhәmiyyәt verir.DEAŞ-a ağır zәrbә endirildi. Bu Suriya vә İraqdakı vәziyyәtә dә tәsir göstәrdi’’.



Әlaqәli Xәbәrlәr