"Biz Koalisiya Qüvvələrinin nə edə biləcəyi potensiyalını nəzərdə tuturuq", C.Votel

Cozef Votel Suriya Demokratik Qüvvələrin (SDG) adından istifadə edən terror təşkilatı YPG/PKK ölkəsindən Suriyadan çıxmamasını istədiyini, ancaq bunun alternativlərindən biri olmadığını bildirdi.

1147915
"Biz Koalisiya Qüvvələrinin nə edə biləcəyi potensiyalını nəzərdə tuturuq", C.Votel

“Suriya Demokratik Qüvvələrin (SDG) adından istifadə edən terror təşkilatı YPG/PKK bizdən Suriyadan çıxmağımızı istəmədi, ancaq bu bizim alternativlərimizdən biri deyil”.

Bunu ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı Cozef Votel (Joseph Votel) deyib.

ABŞ mediasına görə, komandan Votel Türkiyə tərəfindən axtarışda olan və ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyanın “SDG”nin komandanı” olaraq qəbul etdiyi PKK-lı terrorçu Məzlum Kobani ləqəbli Şahin Cilo ilə Suriyada ABŞ-a məxsus hava bazalarından birində görüş keçirib.

PKK-lı terrorçu Cilo ABŞ-dan hava və sahədə istifadə etmək üçün dəstək qüvvə istədiyini ifadə edib.

Terrorçu Şahin Cilo ilə görüşündən sonra mətbuata açıqlama verən Votel “Bizdən istəklərinin nələr olduğunu əlbəttə bilirik. Ancaq hazırda bu yol bizim nəzərdə tutduğumuz alternativlər arasında yoxdur” deyə bildirib.

Votel ABŞ-ın əsgərlərindən bir hissəsini Suriyada  buraxmasının gündəmdə olub olmadığına dair suala cavabən deyib: “Mübahisə ABŞ əsgərlərinin Suriyada qalıb qalmaması barədə deyil. Biz Koalisiya Qüvvələrinin nə edə biləcəyi potensiyalını nəzərdə tuturuq.

Votel  ayrıca ABŞ prezidenti Donald Trampın əsgərlərin dekabr ayı üçün Suriyadan çıxacağına dair verdiyi təlimatını tətbiq etdiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr