Suriyada kimyəvi hücumlar

Suriyada 8 ildir davam edən vətəndaş müharibəsi müddətində azı 336 kimyəvi hücum olduğu və bunların 98 faizinin Əsəd rejimi tərəfindən həyata keçirildiyi bildirildi.

Suriyada kimyəvi hücumlar

Suriyada 8 ildir davam edən vətəndaş müharibəsi müddətində azı 336 kimyəvi hücum olduğu və bunların 98 faizinin Əsəd rejimi tərəfindən həyata keçirildiyi bildirildi.

Mərkəzi qərargahı Almaniyanın paytaxtı Berlində yerləşən Qlobal İctimai Siyasəti üzrə İnstitut tərəfindən “Gizlədiləcək bir yer də yoxdur: Suriya Kimyəvi Silah İstifadəsinin Məntiqi” başlıqlı hesabat yayımlandı.

Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəsilə hazırlanan hesabata görə, Əsəd rejimi tərəfindən həyata keçirilən kimyəvi hücumlar nəzərdə tutulandan daha çoxdur.

Hesabata görə, 2011-ci ildən bəridir Suriyada azı 336 kimyəvi hücum təşkil edilib və bunların 98 faizi Əsəd rejimi tərəfindən həyata keçirilib. 6 kimyəvi hücumu isə DEAŞ təşkil edib.

Suriyadakı kimyəvi hücumların 90 faizi rejimin 2013-cü ilin avqust ayında həyata keçirdiyi və beynəlxalq ictimaiyyətdə böyük reaksiyaya səbəb olan hücumdan sonra reallaşıb.

Suriyada 2013-cü ilin 23 avqustunda kimyəvi hücumdan sonra beynəlxalq ictimaiyyət Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsinə ciddi reaksiya göstərdi. Dövrün ABŞ prezidenti Barak Obama bu hücumun “ötülməməsi lazım gələn qırmızı xətt” olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr