Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı Liviyadakı səhiyyə obyektlərinə  hücumların artması ilə əlaqədar xəbərdarlıq etdi.

1139505
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı Liviyadakı səhiyyə obyektlərinə  hücumların artması ilə əlaqədar xəbərdarlıq etdi.
 
Təşkilat bununla bağlı  hesabat yayaraq, Liviyada 2018-2019-cu illərdə səhiyyə işçilərinə və təsisatlarına 41-dən çox hücumun təşkil edildiyini bildirdi.
 
Hesabatda bu hücumlarda 6 səhiyyə işçisi və xəstənin həlak olduğu, 25 səhiyyə işçisinin yaralandığı, eyni dövrdə 7 tibb işçisinin də təcavüzə məruz qaldığı qeyd edilir.
 
 Açıqlamada ölkədə davam edən münaqişələrin daha çox səhiyyə obyektlərini darmadağın etdiyinə diqqət çəkilr,t əcili tibbi müdaxiləyə ehtiyacı olan minlərlə insanın tibbi yardımdan məhrum olduğu vurğulanır.
 
 Hesabatda Liviya daxilində davam edən siyasi böhran səbəbindən səhiyyə təşkilatlarının 75%-nin bağlandığı, və ya tam şəkildə fəaliyyət göstərmədiyi ifadə olunur, tibbi işçi məsələsində ciddi problemlərin yarandığı vurğulanır.
 
Ümumdünya Səhiyyə Təşkilatının Liviya üzrə nümayəndəsi Cəfər Seyid Hüseyn isə ölkədəki  bütün münaqişə tərəflərini səhiyyə işçiləri və obyektlərinə qarşı hücumlara son qoymağa çağırdı.
 
 Hüseyn  səhiyyə obyektlərinin qəsdən hədəfə alındığını qeyd edərək: " Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması, bəşəri dəyərlərə qarşı hörmətsizlikdir" dedi.



Әlaqәli Xәbәrlәr