ABŞ YPG/PKK işğalındakı əraziyə zirehli maşın və generatorlar göndərdi

Amerika Birləşmiş Ştatları Suriyada separatçı terror təşkilatı YPG/PKK işğalındakı əraziyə təxminən 150 tırla zirehli maşın, iş maşını, generator daşıyaraq regiondan çıxmaya biləcəyinin siqnalını verdi.

1139323
ABŞ YPG/PKK işğalındakı əraziyə zirehli maşın və generatorlar göndərdi

Amerika Birləşmiş Ştatları Suriyada separatçı terror təşkilatı YPG/PKK işğalındakı əraziyə təxminən 150 tırla zirehli maşın, iş maşını, generator daşıyaraq regiondan çıxmaya biləcəyinin siqnalını verdi.
 ABŞ dünən axşam İraq-Suriya sərhədindəki Simelka sərhəd keçid məntəqəsindən 150-yə qədər tırı separatçı terror təşkilatı YPG/PKK tərəfindən işğal edilən torpaqlara göndərdi.
 Tırlar bu gün günorta saatlarında ABŞ ordusunun YPG/PKK ilə birgə istifadə etdikləri Harab Işk və Sırrindəki anbarlarına çatdı.
 Anadolu Xəbər Agentliyinin tırların axşam saatlarındakı keçidi zamanı qeyd etdiyi görüntülərdən onlara olduqca böyük generatorların yükləndiyi məlum olur.
 Generatorların nəqli ABŞ-ın Suriyanın şimalındakı bazalarda artan enerji ehtiyacını ödəmək istədiyi, və ya enerji mənbəyinə ehtiyac duyulacaq yeni bazaların yaradılması üçün hazırlıq gördüyü ehtimalını yaratdı.
 Anadolu Xəbər Agentliyinin bölgədəki mənbələri ABŞ-ın çıxma qərarından bu yana İraq tərəfindən Suriyada YPG/PKK işğalındakı sahəyə təxminən 400 tırın göndərdiyini aşkar edib.
Dünən axşam İraqın şimalından Suriyaya girən tırların yükləri kamufilə edilmədən daşındı.
 Bu aktın Türkiyə nümayəndə heyətinin təhlükəsiz bölgə, Münbiç və digər ikitərəfli məsələlərlə bağlı ABŞ-da olduğu zamana və yenə DEAŞ-la mübarizə üzrə qlobal koalisiyanın toplantısından əvvələ təsadüf etməsi də diqqəti çəkdi.
 ABŞ prezidenti Donald Tramp 19 və 20 dekabr 2018-ci il ismarışlarında Suriyada olmalarının yeganə səbəbi olan DEAŞ-la mübarizəni artıq başa vurduqlarını elan etmişdi.
 ABŞ hərbi qüvvələrinin evə qayıtmaq vaxtının çatdığını vurğulayan Tramp sonrakı günlərdə yavaş və təhlükəsiz çəkilmə barəsində  ismarış göndərmişdi.
 Tramp təhlükəsiz bölgə fikrini ifadə edərkən ABŞ rəsmiləri Türkiyədən separatçı terror təşkilatı YPG/PKK-ya qarşı əməliyyat keçirməyəcəyi ilə bağlı təminat istəmişdi.
 Türkiyə terrorçuların qorunması tələbinə sərt bir dillə qarşı çıxmış, təhlükəsiz bölgə fikrini isə dəstəkləmişdi.



Әlaqәli Xәbәrlәr