Viktor Yanukoviç 13 il  azadlıqdan məhrum edildi

Yanvarın 24-də Kiyev məhkəməsi keçmiş Ukrayna keçmiş prezidenti Viktor Yanukoviç haqqında dövlətə xəyanət və Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı ilə hökm çıxarıb.

1133167
Viktor Yanukoviç 13 il  azadlıqdan məhrum edildi

O 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Kiyevin Obolon məhkəməsində proses il yarımdan çox davam edib.Keçmiş prezident  Dövlətə xəyanətdə, aqressiv müharibənin aparılmasına vasitəçilik etməkdə və Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsi məqsədilə qəsdli əməllər törətməkdə  ittiham  olunub.  Yanukoviçin şübhəli bilindiyi daha yeddi epizod da var (onların arasında 3,2 milyon dollar rüşvət almaq və Kiyev ətrafında qanunsuz torpaq ərazilərini zəbt etmək də yer alıb), amma onlar hələ məhkəməyə gedib çıxmayıb. Yanukoviçə qarşı ilk işlər 2014-cü ildə qaldırılıb, yəni  onun Rusiyaya qaçışından bir neçə gün sonra.

 

 



Әlaqәli Xәbәrlәr