Kıbrısdakı BMT sülh gücü missiyasının vəzifə müddəti

BMT Təhlükəsizlik Şurası Kıbrısdakı (Kipr) BMT sülh gücü missiyasının vəzifə müddətinin uzadılıb uzadılmayacağını müzakirə etmək üçün yığıncaq keçirir.

1132232
Kıbrısdakı BMT sülh gücü missiyasının vəzifə müddəti

BMT Təhlükəsizlik Şurası Kıbrısdakı (Kipr) BMT sülh gücü missiyasının vəzifə müddətinin uzadılıb uzadılmayacağını müzakirə etmək üçün yığıncaq keçirir.

BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi və Kıbrısdakı BMT Sülh Gücü (UNFICYP) Missiyasının rəhbəri Yelizabet Spehar Şurada mətbuata qapalı keçirilən iclasdan sonra verdiyi açıqlamada vəzifə müddəti 6 aydan bir uzadılan sülh gücü missiyasının fəaliyyətlərinə dair BMT Təhlükəsizlik Şurasını məlumatlandırdığını söylədi.

Spehar Kıbrısda BMT-nin Baş katibi Antonio Quterreşin müvəqqəti məsləhətçisi olaraq vəzifələndirdiyi Jane Holl Luteun tərəflərlə məsləhətləşmələrini davam etdirdiyini bildirdi.

Spehar BMT Təhlükəsizlik Şurasının Kıbrıs probleminin həllinə dəstək verdiyini də ifadə etdi: "BMT TŞ iki icma arasında etimad artıracaq əlavə tədbirləri dəstəkləyir".

Spehar Şuranın BMT sülh gücü missiyasının vəzifə müddətilə əlaqəli qərarı isə bir neçə gün ərzində qəbul edəcəyini sözlərinə əlavə etdi.

İngiltərənin BMT-dəki daimi nümayəndəsinin köməkçisi Jonathan Allen isə, ölkəsinin adadakı sülh gücü missiyasının vəzifə müddətinin uzadılmasına dair layihəni gələcək günlərdə şuraya təqdim edəcəyini söylədi, ancaq layihənin məzmunu ilə bağlı məlumat vermədi.

UNFICYP-in mandatı 31 yanvar 2019-cu il tarixində başa çatır.

BMT-nin ən uzun müddətli fəaliyyət göstərən sülh gücü missiyalarından biri olan UNFICY 1964-cü ildən bəridir adada vəzifə yerinə yetirir və sülh gücünün vəzifə müddəti 6 aydan bir uzadılır.

UNFICYP min 21 nəfərdən ibarətdir.

Bunlara 150 dinc vətəndaş, 750 hərbi hissə və 52 heyət daxildir.



Әlaqәli Xәbәrlәr